Əsas məzmuna keç
Sərbəst İş

Qaydalar

Xidmət qaydaları

Son yenilənmə:

Sifariş qaydaları

  • Sifariş vermək üçün saytda qeydiyyatdan keçmək lazımdır.
  • Sifariş formasında mövzunu dəqiq yazın. Müəllimin xüsusi tələbləri varsa, onları “Əlavə qeyd” bölməsində göstərin.
  • Təqdimatın dilini (Azərbaycan, ingilis və ya türk) sifariş formasındakı siyahıdan seçin.
  • Slayd sayını siz müəyyən edirsiniz: istədiyiniz sayı sifariş formasındakı “Slayd sayı” xanasına yazın (bu xana məcburi deyil).
  • Hər sifariş bir mövzu üçündür. Fərqli mövzular üçün ayrıca sifariş yaradın.
  • Sifariş yalnız ödəniş təsdiqləndikdən sonra hazırlanmağa başlayır.

Ödəniş

  • Ödəniş AZN ilə, ödəniş səhifəsində göstərilən karta kartdan karta köçürmə ilə edilir. Köçürməni öz bank tətbiqinizdən edirsiniz — saytda kart məlumatlarınız soruşulmur.
  • Köçürmə məbləği sifarişin məbləği ilə eyni olmalıdır.
  • Köçürmədən sonra qəbzi (JPG, PNG və ya PDF, ən çox 5 MB) sifariş səhifəsindən yükləyin. Qəbzdə məbləğ və tarix aydın görünməlidir.
  • Ödəniş əl ilə yoxlanılır — gün ərzində adətən tez. Gecə göndərilən qəbzlər səhər yoxlanılır, həftə sonları isə daha da tez təsdiqlənir. Nəticə sifarişin statusunda göstərilir.
  • Qəbz uyğun gəlmədikdə ödəniş rədd edilir və səbəbi sifariş səhifəsində yazılır. Bu halda düzgün qəbzi yenidən yükləyə bilərsiniz.

Hazırlama prosesi

  • Ödəniş təsdiqləndikdən sonra sifarişin statusu “Hazırlanır” olur.
  • Təqdimat ödəniş təsdiqləndikdən sonra 24 saat ərzində hazır olur.
  • Təqdimat hazır olduqda status “Hazırdır” olur və PDF, PPTX (Pro paketdə həm də Word) faylları sifariş səhifəsində görünür.
  • Faylları istənilən vaxt sifariş səhifəsindən yükləyə bilərsiniz. Təhlükəsizlik üçün hər yükləmə linki 10 dəqiqə etibarlıdır.

Düzəlişlər

  • Təqdimat təhvil verildikdən sonra 3 gün ərzində kiçik düzəlişlər pulsuzdur. Düzəlişlərin sayı məhdud deyil, lakin yalnız kiçik dəyişikliklər nəzərdə tutulur.
  • Düzəliş istəmək üçün “Əlaqə” səhifəsindən sifariş nömrəsini göstərərək nəyin dəyişməli olduğunu yazın.
  • Sifarişdə qeyd olunmayan yeni tələblər və ya başqa mövzu yeni sifariş sayılır.

Geri qaytarma

  • Təqdimat sifarişdə yazılan mövzuya və tələblərə uyğun gəlmirsə və düzəlişdən sonra da problem həll olunmursa, ödənilmiş məbləğ tam qaytarılır.
  • Sifariş hər hansı səbəbdən yerinə yetirilə bilmirsə, ödənilmiş məbləğ tam qaytarılır.
  • Geri qaytarma sorğusu üçün “Əlaqə” səhifəsindən sifariş nömrəsi ilə müraciət edin.

İstifadəçinin məsuliyyəti

  • Hazırlanan təqdimatlardan öz təhsil müəssisənizin qaydalarına uyğun istifadə etmək sizin məsuliyyətinizdir.
  • Sifarişdə verdiyiniz məlumatların düzgünlüyünə və ödəniş qəbzinin həqiqiliyinə siz cavabdehsiniz. Saxta qəbz göndərilməsi hesabın bağlanmasına səbəb ola bilər.
  • Hesabınızın şifrəsini başqaları ilə paylaşmayın.

Məlumatların məxfiliyi

  • Email ünvanınız, sifariş məlumatlarınız və yüklədiyiniz fayllar yalnız sifarişin icrası üçün istifadə olunur.
  • Qəbzlər və hazır fayllar qapalı yaddaşda saxlanılır və yalnız sizə və xidmət administratoruna açıqdır.
  • Ətraflı məlumat “Gizlilik siyasəti” səhifəsindədir.